ABŞ-da idxal 3% azalıb, ixrac 1% artıb

27 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın xarici ticarəti ilə bağlı açıqlanan müsbət fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

ABŞ-da idxal 3% azalıb, ixrac 1% artıb

Amerikanın xarici ticarət dövriyyəsində mənfi saldo 8.8 milyard dollar azalıb. 


ABŞ-ın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, yanvar ayında idxal həcmi 2.6% azalmaqla, ixrac həcmi isə 0.9% artmaqla, mənfi saldonun 14.7% azalmasına səbəb olub. 


Belə ki, idxal həcmi 258.5, ixrac həcmi isə 207.3 milyard dollar olub və beləliklə, mənfi saldo 51.1 milyard dollara düşüb. Dekabr ayında mənfi saldo 2008-ci ilin avqust ayından etibarən ən yüksək səviyyəyə çatmışdı. 


Xarici ticarət balansında saldo müəyyən dövr ərzində idxal ilə ixrac arasında fərqi göstərir. İqtisadçılar yalnız 57.9 milyard dollara kimi artım proqnozlaşdırırdılar.