ABŞ: İnflyasiyanın zəifləyə biləcəyinə dair siqnallar

14 Fevral 2018

Pərakənda satış dövriyyəsində azalma, gələcəkdə inflyasiyanın FED-in faiz dərəcələrinə yaxınlaşması gözləntilərini gücləndirir - EUR/USD ucuzlaşa bilər.

ABŞ: İnflyasiyanın zəifləyə biləcəyinə dair siqnallar

Amerikanın statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi yanvar ayında illik müqayisədə 2.1% artıb. Dekabr ayında da göstərici 2.1% açıqlanmışdı və bu, noyabr ayının 2.2%-indən aşağı olsa da, Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin və cari uçot faiz dərəcəsinin üzərindədir. Analitiklər isə illik inflyasiyanın 1.9%-ə kimi azalacağını proqnozlaşdırırdılar.


Enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində isə illik artım dinamikası yanvar ayında, dekabr ayında qalxdığı 1.8% səviyyəsində qərarlaşıb.  Bu da 2017-ci ilin maksimumun altında olan bir göstəricidir. 


Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti 1%-ə kimi bahalaşıb. Bunun səbəbi isə inflyasiyanın gözləntilərdən güclü açıqlanmasına baxmayaraq, pərakəndə satış dövriyyəsində son aylar azalmanın davam etməsi ilə əlaqədardır. Bu isə dövriyyədə olan pul kütləsinin gələcəkdə qismən azala biləcəyinə işarədir. Nəticədə inflyasiya azala və FED-in faiz artımı siyasəti fonunda dolların qiymətində bahalaşma güclənə bilər. 


Statistika idarəsinin aylıq statistikasına əsasən, pərakəndə satış dövriyyəsi yanvar ayında 0.2%-lik artım gözləntilərinə qarşı, 0.3% azalıb. Pərakəndə satış dövriyyəsində aylıq artım dinamikası, dekabr ayından azalmaqdadır.