ABŞ iqtisadiyyatı 2017-ci ildə 2.4% böyüyüb

26 Yanvar 2018

ABŞ-da istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ildə rüblük müqayisədə 2.6%, illik müqayisədə isə 2.4% artıb.

ABŞ iqtisadiyyatı 2017-ci ildə 2.4% böyüyüb

Amerikanın milli statistika mərkəzinin cümə günü verdiyi məlumatlara əsasən, ölkədə oktyabr-dekabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin 3-cü rübü ilə müqayisədə 2.6% artıb. Analitiklər isə rüblük artım dinamikasının 3.0%-ə yüksələcəyini gözləyirdilər. Beləliklə, illik artım dinamikası 2016-ci il ilə müqayisədə 2.0%-dən 2.4%-ə yüksəlib.  

Məlumatların açıqlanması maliyyə bazarlarında dolların qiymətinə güclü təsir etməyib. İnvestorlar daha çox bu gün ABŞ prezidentinin Davosda çıxışını gözləyirlər. Donald Tramp cümə axşamı dolların bahalaşacağını vurğulamışdır. Hal-hazırda dolların aparıcı valyutalara nisbətən qiymətləri təqribən son üç ilin minimum səviyyələrində ticarət edilməkdədir. 

Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə isə 2.6% olub. Bu gün açıqlanan rüblük inkişaf göstəricisi isə ilkin hesablanma idi və 2017-ci ilin 4-cü rübü ilə bağlı yekun məlumatların isə 2018-ci ilin mart ayında yayımlanması gözlənilir.