ABŞ iqtisadiyyatı 2017-ci ilin 4-cü rübündə 2.9% artıb

28 Mart 2018

ABŞ-da istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin dördüncü rübündə rüblük müqayisədə 2.9% artıb.

ABŞ iqtisadiyyatı 2017-ci ilin 4-cü rübündə 2.9% artıb

Amerikanın milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumatlara əsasən, ölkədə oktyabr-dekabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin 3-cü rübü ilə müqayisədə 2.9% artıb. Analitiklər rüblük artım dinamikasının birinci hesablanmada 3.0%-ə yüksələcəyini gözləyirdilərsə, sonra isə bu 2.7%-ə kimi azaldılmışdır. Bu göstərici 2016-ci ildə 2.1% olmuşdu. 

Dünya birjalarında hal-hazırda dolların gələcək qiyməti fonunda qeyri-müəyyənlik müşahidə edilməkdədir. 

Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə isə 3.2% olub.