ABŞ iqtisadiyyatı möhkəmdir, faiz azaldılması tez

23 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ iqtisadiyyatının Çin ilə ticarət münasibətlərinin pisləşməsinə baxmayaraq sağlam olduğu paylaşılır.

ABŞ iqtisadiyyatı möhkəmdir, faiz azaldılması tez

"Goldman Sachs" çərşənbə axşamı verdiyi açıqlamaya əsasən, Amerikada inflyasiya nəzarət altındadır, pul-kredit siyasətinin aqresiv sərtləşdirilməsi riskləri azdır və özəl sektorda borclanma orta səviyyədədir. Beləliklə, ABŞ-da bu və gələn il böhran gözlənilmir. 

Bundan irəli gələrək, Qoldman Zaks iyul ayının sonunda proqnozlaşdırılan ilkin faiz azaldılmasını da tez hesab edir: "FED bir neçə iqtisadi göstəriciləri gözləyib sonra qərar verməlidirlər. 0.25%-lik faiz azaldılması ilə inflyasiyada güclü artıma təsir etmək az inandırıcıdır. Faiz azaldılması aşağı işsizlik səviyyəsində əmək haqlarının artımına birbaşa təsir etmir". 

Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında iyul ayının 31-də 0.25%-lik uçot faizi azaldılması proqnozlaşdırılır. Bununla yanaşı, cümə günü cari ilin ikinci rübü üzrə Amerikada iqtisadi inkişafa dair ilk proqnozlar açıqlanacaqdır və dinamikanın 3.1%-dən 1.8%-ə düşməsi ehtimal edilir. Bu göstərici son iki ilin minimum səviyyəsi hesab edilir.