ABŞ iqtisadiyyatında 3.5%-lik inkişaf

28 Noyabr 2018

ABŞ iqtisadiyyatı ilə bağlı göstəricilər gözləntiləri məyus etsə də, dolların qiymətlərində son günlər müşahidə edilən bahalaşmanın qarşısını ala bilmədi.

ABŞ iqtisadiyyatında 3.5%-lik inkişaf

Amerikanın milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumatlara əsasən, ölkədə iyul-sentyabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 3.5% artıb. Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2%, 2-ci rübündə isə 4.2% idi. Analitiklər isə rüblük artım dinamikasının üçüncü rübdə 3.6% olacağını gözləyirdilər. Bu gün açıqlanan göstərici ikinci hesablanma idi və yekun hesablanmanın dekabr ayında yayımlanması gözlənilir. 


Beləliklə, 2018-ci ilin üçüncü rübündə müşahidə edilən iqtisadi inkişaf səviyyəsi, son üç il ərzində üçüncü rüblər ərzində əldə edilən inkişaf səviyyələrinin ən yüksək səviyyəsi hesab edilir. Belə ki, 2015, 2016 və 2017-ci illərin üçüncü rübləri ərzində ABŞ iqtisadiyyatında mübafiq olaraq 2.0, 3.5 və 3.2%-lik artım olub. 


Bu gün yayımlanan göstəricilər maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində artıq öz əksini tapıb. Belə ki, dolların foreks bazarlarında qiymətləri təqribən son bir il yarımın maksimum səviyyələrinə yaxın ticarət edilməkədir. Son aylar isə Amerikanən fond bazarlarındaki dalğalanma investorların risk iştahının azalmasına səbəb olsa da, son günlər burada müsbət tendensiya müşahidə edilməkdədir. 


Amerika iqtisadiyyatında inkişaf templərinin sürətlənməsi Amerika Mərkəzi Bankına (FED) faiz artımı siyasətində imkanlar yaradır. Maliyyə bazarlarında isə cari il ərzində növbəti faiz artımı dekabr ayında proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olmuşdur.