ABŞ iqtisadiyyatında risklər artır

08 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında FED üzvü Brainardın açıqlamaları investorların gələcək proqnozlar üçün önəmli rol oynayacaqdır.

ABŞ iqtisadiyyatında risklər artır

Amerika mərkəzi bankının (FED) idarə heyətinin üzvü Lael Brainard ABŞ iqtisadiyyatının inkişafına qarşı risklərin artdığını bildirib. Cümə axşamı iqtisadçı vəziyyətin mərkəzi bankın ehtiyatlı siyasəti üçün əsas olduğunu əlavə edib. Belə ki, istehlak xərcləri Amerikada azalır və xarici bazarlar da zəifləyir. İstehsal üçün artan risklər və məşğulluq səviyyəsi də pul-kredit siyasətində nəzərə alınmalıdır. 


Qeyd etmək lazımdır ki, FED sədri Jerom Povel sonuncu dəfə gələcək faiz artımında səbrli davam etməyin düzgün olduğunu açıqlamışdı. Maliyyə bazarlarında isə artıq cari il ərzində faiz artımı proqnozlaşdırılmır. Dünyada olduğu kimi ABŞ-da da iqtisadiyyat zəifləyib. Cümə axşamı Avropa mərkəzi bankı da inkişaf gözləntilərini aşağı salıb və yumşaq monetar siyasətini genişləndirib.