ABŞ iqtisadiyyatında rüblük inkişaf 2.2%-ə düşdü

30 May 2018

ABŞ-ın iqtisadi inkişaf səviyyəsi ilə bağlı göstəricilər, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin korreksiyasına səbəb olub.

ABŞ iqtisadiyyatında rüblük inkişaf 2.2%-ə düşdü

Amerikanın milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumatlara əsasən, ölkədə yanvar-mart ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 2.2% artıb. Bu göstərici keçən ilin 4-cü rübündə 2.3% idi və analitiklər rüblük artım dinamikasının birinci hesablanmada 2.0%-ə azalacağını gözləyirdilər. Yekun hesablanmanın iyun ayında yayımlanması gözlənilir. 


Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son 6 ayın maksimum səviyyəsinə kimi bahalaşdıqdan sonra son günlər ucuzlaşmaqdadır. Lakin hal-hazırki ucuzlaşma korrektiv qiymətləndirilir və bahalaşmanın yenidən davam edə biləcəyi proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olub. Beləliklə, bu gün dərc edilən fundamental göstəricilər, keçən ilin dördüncü rübündən etibarən zəifləyən artım dinamikasının cari ildə də davam etdiyini göstərir.