ABŞ iqtisadiyyatında rüblük inkişaf 4.2%-ə çatdı

29 Avqust 2018

ABŞ-ın 2-ci rüb üzrə iqtisadi inkişafı ilə bağlı göstəricilər, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

ABŞ iqtisadiyyatında rüblük inkişaf 4.2%-ə çatdı

Amerikanın milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumatlara əsasən, ölkədə aprel-iyun ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 4.2% artıb. Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2% idi. Analitiklər isə rüblük artım dinamikasının ikinci rübdə 4.1% olacağını gözləyirdilər. Bu gün açıqlanan göstərici ilkin hesablanma idi və yekun hesablanmanın sentyabr ayında yayımlanması gözlənilir. 


Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin artım trendi, may və iyun aylarında rüblük inkişaf səviyyəsinin 2.3%-dən 2.0%-ə kimi azalması ilə bağlı xəbərlərdən sonra zəifləməyə başlamışdır. Bu gün yayımlanan göstəricilər isə burada rüblük inkişaf tempinin yenidən sürətləndiyini göstərir və bu, dolların foreks bazarlarında artım trendinə yenidən gücləndirə bilər.


Amerika iqtisadiyyatında inkişaf templərinin sürətlənməsi Amerika Mərkəzi Bankına faiz artımı siyasətində imkanlar yaradır. Maliyyə bazarlarında isə cai il ərzində növbəti faiz artımı sentyabr ayında proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olub.