ABŞ iqtisadiyyatında rüblük inkişaf zəifləyib

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental xəbərlər arasında ABŞ-ın ÜDM göstəriciləri proqnozlaşdırıldığı kimi açıqlanıb.

ABŞ iqtisadiyyatında rüblük inkişaf zəifləyib

Amerikanın milli statistika mərkəzinin cümə axşamı verdiyi məlumatlara əsasən, ölkədə oktyabr-noyabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 2.6% artıb. 


Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2%, 2-ci rübündə isə 4.2% və 3-cü rübündə 3.4% idi. Analitiklər də rüblük artım dinamikasının dördüncü rübdə 2.6%-ə düşəcəyini ehtimal edirdilər. Bu göstərici 2017-ci ildə 2.9% idi. Bu gün açıqlanan göstərici ilkin hesablanma idi. 


2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olmuşdur. 


Qeyd etmək lazımdır ki, ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.