ABŞ İrana qarşı koalisiya yaradır

24 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə İran arasında münasibətlərin daha da çətinləşməsinə dair xəbərlər investorların diqqət mərkəzində.

ABŞ İrana qarşı koalisiya yaradır

Vaşinqton İrana qarşı geniş koalisiya yaratmaq istəyir. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo bazar günü "yalnız fars körfəzi ölkələrini deyil, Asiya və Avropanı da əhatə edən koalisiya"-dan danışıb. Pompeo Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfəri öncəsi çıxışında müttəfiqlərin "dünyada ən böyük terror sponsorunu" küncə sıxacaqlarını deyib. Nazir hər iki ölkə ilə ümumi strategiya haqqında müzakirələr aparmağı planlaşdırır.