ABŞ İrana qarşı yeni sanksiyalar planlaşdırır

24 İyun 2019

Beynəlxalq birjalarda Amerika ilə İran arasında münasibətlərin daha da çətinləşməsinə dair xəbərlər investorların diqqət mərkəzində.

ABŞ İrana qarşı yeni sanksiyalar planlaşdırır

ABŞ ilə İran arasında sonuncu böhrandan Donald Tramp yeni sanksiyalarla Tehranı danışıqlara cəlb etmək istəyir. Amerika prezidenti həftə sonu Tvitter hesabında yazısında bazar ertəsi "önəmli əlavə sanksiyaların" elan olunacağını bildirmişdi. 


Bazar günü "NBC"-yə müsahibəsində  İran ilə şərtlərsiz danışıqlara hazır olduğunu deyib: "Mən müharibə istəmirəm. Lakin bu baş verərsə, indiyə kimi görünməyəcək dərəcədə dağıntılar olacaqdır".