ABŞ İranın neft gəlirlərini tamamilə almaq istəyir

22 Aprel 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin daha da bahalaşmasına səbəb ola biləcək növbəti xəbər bu gün ABŞ-dan gələ bilər.

ABŞ İranın neft gəlirlərini tamamilə almaq istəyir

Gələcəkdə heç bir ölkə İrandan neft idxal etməyəcək. "Washington Post"-un bazar ertəsi yaydığı məlumata əsasən, bazar ertəsi ABŞ-ın xarici işlər naziri Mayk Pompeo buna dair açıqlama verməsi gözlənilir. Yeni qərarda mayın 2-sindən etibarən ABŞ-ın İrandan neft idxalı sanksiyası mövzusunda heç bir ölkəyə istisna vəziyyət tətbiq etməyəcəyi planlaşdırılır. 


Beləliklə, Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana tətbiq edilən istisna vəziyyət planlaşdırıldığı kimi yarım ildən sonra dayandırılacaqdır. Buna raiyət etməyən dövlətlərə qarşı isə Amerika höküməti sanksiya ilə təhdid edir.