ABŞ istehsal qiymətləri göstəricisinin dollara təsiri

12 İyun 2019

ABŞ-dan açıqlanan istehsal qiymətləri indeksi göstəricilərində dəyişikliyin olmaması dollarının digər valyutalara nisbətdə ucuzlaşmasına səbəb oldu.

ABŞ istehsal qiymətləri göstəricisinin dollara təsiri

ABŞ-dan açıqlanan İstehsal qiymətləri indeksi (Aylıq) və İstehsal qiymətlərinin baza indeksi (Aylıq) ilə bağlı açıqlanan göstəricilərdə dəyişiklik olmaması ABŞ dollarının digər valyutalara nisbətdə ucuzlaşmasına səbəb oldu.


Belə ki, EUR/USD maliyyə cütlüyü açıqlanan göstəricilər fonunda 1.1305 səviyyəsindən 1.1340 həddlərinə kimi bahalaşmasına səbəb oldu.


Hazırda 1.1320 həddlərində ticarət olunan EUR/USD cütlüyü üçün 1.1345 səviyyələri vacib hesab edilir ki, qiymətin bu həddin aşağısında ticarət olunması eniş ehtimallarını artırır.