ABŞ konqresi Türkiyəyə sanksiya tətbiq etmək istəyir

07 Avqust 2019

Amerika konqresi ABŞ prezidentini Türkiyəyə sanksiya tətbiq etməyə məcbur edə bilər.

ABŞ konqresi Türkiyəyə sanksiya tətbiq etmək istəyir

ABŞ prezidenti Donald Tramp S-400 ilə bağlı Türkiyəyə tətbiq edəcəyi cəza tədbirlərini açıqlamasa, konqresmenlər onu Türkiyəyə sanksiya tətbiq etməyə məcbur edəcəklər. 

Bu haqda “Vaşinqton Post” xəbər verib. Məlumata əsasən, konqresmenlər Türkiyəyə qarşı sanksiyaların "CAATSA" qanunu çərçivəsində tətbiqini təklif edirlər. 

Qeyd etmək lazımdır ki, bundan öncə ABŞ Türkiyənin F-35-in istehsalı proqramından çıxarılacağını bəyan etmişdi.