ABŞ Meksika, Kanada və AB-ə gömrük rüsumlarını artırdı

01 İyun 2018

ABŞ tərəfindən Avropa, Kanada və Meksikadan gələn dəmir və alüminiuma tətbiq edilən gömrük rüsumları artırıldı. Fond indeksləri ucuzlaşıb.

ABŞ Meksika, Kanada və AB-ə gömrük rüsumlarını artırdı

ABŞ prezidenti Donald Trampın cümə axşamı verdiyi bəyanətinə əsasən, dəmirə olan rüsumlar 25% və alüminimuma olan rüsumlar isə 10% olacaqdır. Eyni rüsumlar Meksika və Kanadaya da tətbiq edilib. 


Bəyanat aidiyyatı olan ölkələr tərəfindən tənqidlə qarşılanıb və Avropa Birliyi bunu suverenliyə təhdid kimi görür. Tətbir ABŞ tərəfindən ədalətin bərpası üçün müdafiə edilsə də, bu, G7 ölkələri arasında böhrana səbəb olub. 


Proteksionizm kimi qələmə verilən qərar, maliyyə bazarlarında Almaniyanın DAX indeksinin 12535 punkta, EUR/USD məzənnəsinin 1.16$-a kimi dəyər itirmələrinə səbəb olub.