ABŞ-Meksika sazişinin detaları ilə üstünlük nümayişi

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidentinin qlobal siyasi münasibətləri gərginləşdirən davranışları investorların diqqət mərkəzində.

ABŞ-Meksika sazişinin detaları ilə üstünlük nümayişi

Meksika ilə miqrasiya və gömrük böhranı fonunda razılaşmadan sonra ABŞ prezidenti Donald Tramp razılaşmanın açıqlanmayan tərəfləri ilə bağlı üstünlük nümayiş etdirib. 


Çərşənbə axşamı Vaşinqtonda jurnalistlər qarşısında əlində vərəqlərlə çıxış edən Tramp, ABŞ-Meksika sazişinin əlavə detallarının olduğunu bildirib. 


Qeyd etmək lazımdır, Meksika tərəfi bunu inkar etmişdi və şəffaf siyasət tərəfdarı olduğunu vurğulamışdı. Donald Tramp bazar ertəsi tvitter hesabında iki ölkə arasında Meksika parlamenti tərəfindən qəbul olunması gözlənilən əlavə maddələr üzrə də razılaşmanın imzalandığını yazmışdı.