ABŞ Meksikaya qarşı tədbirlərində qalır

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında sonuncu dəfə ABŞ ilə Meksika arasında münasibətlərin düzələcəyi ilə bağlı ehtimallar artsa da yenidən zəifləyib.

ABŞ Meksikaya qarşı tədbirlərində qalır

Amerika höküməti Meksikadan idxal olunan məhsullara qarşı tətbiq etməyə planlaşdırdığı gömrük rüsumlarının vaxtında dəyişiklik etməyəcəkdir. 


Prezident sözcüsü Sarah Sanders cümə axşamı verdiyi açıqlamasında Meksikaya qarşı miqrasiya ilə mübarizəsini gücləndirməsi üçün tədbirlər görülməkdə davam etdiriləcəyini bildirib. Əks təqdirdə bazar ertəsindən etibarən idxal olunan məhsullara qarşı rüsumlar tətbiq edilməklə, iqtisadi tədbirlər görüləcəkdir. 


Sanders mediayada yayılan məlumatlara şərh olaraq yuxarıdakı açıqlamasını verib. Sonuncu dəfə sanksiyaların ərtələnəcəyinə dair məlumatlar yayılmışdı. 


Donald Tramp tvitter hesabında rüsumların 5%-ə kimi, miqrasiyanın qarşısı alınmadığı təqdirdə isə hər ay daha da artırılacağı ilə bağlı yazı paylaşmışdı.