ABŞ: Məşğulluğun və əmək haqlarının artması proqnozları

05 İyul 2019

ABŞ-ın iqtisadi göstəriciləri proqnozların altında açıqlanması, Amerika mərkəzi bankının (FED) faiz dərəcələrini azalda biləcəyi ehtimallarını artırır.

ABŞ: Məşğulluğun və əmək haqlarının artması proqnozları

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq qeyri-kənd təsərrüfatı sektorunda məşğulların sayı ilə bağlı rəqəmlər (ing.: "NFP") iyul ayı proqnozları üçün olduqca önəmlidir. İşsizlik və əmək haqqı göstəricilərinin də proqnozların altında açıqlanması, FED-in faiz endiriminə iyuldan etibarən başlayacağını deməyə əsas verə bilər. 


Lakin ABŞ iqtisadiyyatının ən güclü tərəfi olan tam işsizlik, iyun ayında güclü tendensiyasını qoruyarsa və əmək haqqı göstəriciləri artımla açıqlanarsa, dollar indeksi 97.0 hədlərinin üzərinə yüksələ bilər.


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında işsizliyin 3.6% səviyyəsində qalacağı, məşğulluğun iyunda 160 min nəfər artacağı (mayda 75 min idi), orta saatlıq əmək haqlarının illik artım dinamikasının 3.1%-dən 3.2%, aylıq artım dinmikasının isə 0.2%-dən 0.3%-ə yüksələcəyi proqnozlaşdırılır.  


Bu səbəbdəndir ki, xəbərlərin yayımlanmasında bir saat qalmış dollar indeksi yüksəliş yaşayır.