ABŞ müdafiə naziri Yaponiyada

07 Avqust 2019

Yaponiya Baş naziri Şindzo Abe Tokioda ABŞ Müdafiə naziri Mark Esperlə görüşüb.

ABŞ müdafiə naziri Yaponiyada

Yaponiya baş naziri Şinzo Abe ilə Amerikanın müdafiə naziri Mark Esper arasında görüş zamanı Abe iki ölkə arasında hərbi alyansın heç vaxt olmadığı qədər dayanıqlı olduğunu bildirib. O, Yaponiyanın bundan sonra da ABŞ-la hərbi müttəfiqliyini gücləndirəcəyini deyib.

Esperin bu gün Yaponiyanın müdafiə naziri Takesi İvayeylə də görüşü planlaşdırılıb. 

“Kiodo” agentliyinin iddiasına görə, bu görüşdə Esper yaponlardan Hörmüz koalisiyasına qoşulmalarını istəyəcək.