ABŞ: Neft ehtiyatlarında artım, nefti ucuzlaşdıra bilər

13 Fevral 2019

Enerji bazarlarında bu gün treyderlər tərəfindən böyük maraqla gözlənilən statistik göstəricilər, neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.

ABŞ: Neft ehtiyatlarında artım, nefti ucuzlaşdıra bilər

Bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq ABŞ-ın xam neft ehtiyatlarında artım proqnozlaşdırılır. 


Belə ki, neft ehtiyatlarında artım müşahidə olunarsa, Avropanın Brent markalı neftin qiyməti yenidən 61.84 və 61.20$ həddələrinədək ucuzlaşa bilər. 


Lakin göstərici əks olaraq, azalma ilə dərc olunarsa, qiymətin 64.30$ səviyyənədək bahalaşması proqnoz olunur.