ABŞ nefti ucuzlaşdıra biləcək qanun qəbul edə bilər

13 Mart 2019

OPEK “Wall Street”-ə xəbərdarlıq edib və bildirib ki, NOPEC qanunun qurbanı ABŞ şist neft istehsalçıları olacaqdır.

ABŞ nefti ucuzlaşdıra biləcək qanun qəbul edə bilər

OPEK bankirlərə və iri özəl investorlara sərt mesaj göndərdi: Vaşinqton qanuna icazə versə, ABŞ hökuməti OPEK üzvlərini məhkəməyə verə bilsə, şist neft sənayesi müharibənin ilk qurbanı olacaq.


BƏƏ-nin neft naziri Suxeyl əl Məzrui bazar ertəsi bir qrup amerikalı maliyyəçilərə bildirib ki, əgər qanun layihəsi NOPEC qəbul olarsa, hər bir OPEK iştirakçısı neft hasilatını maksimum artıracaq ki, bu da neftin qiymətlərinin düşməsinə gətirib çıxaracaq.


Ucuz neft, neft istehlakçılarına və həmçinin Donald Тrampa çox sərf edir. O, dəfələrlə OPEK ölkələrini neft hasılatını artırmağa məcbur etməyə çalışıb.


OPEK  isə şist neft istehsalçılarını inandırmağa çalışır ki, bir yerdə hərkət etsələr onlara da daha sərfəli olar..


Görüşdə Morgan Stanley bankının yüksək vəzifəli top-menecerləri, Carlyle International Energy Partners,Сredit Suisse,Pensiya fondlarının nümayəndələri,Fidelity və Guggenheim aktivlərini idarə heyəti, heçfondlar, həmçinin Moore Capital Management nümayəndələri iştirak etmişlər.


ABŞ neft sektoru NOPEC qanun layihəsinə qarşı fəal çıxış edir. Lakin “maliyyə balığı” kimi tanınan “Wall Street” indiyə qədər bu sənədin gedişini sükutla izləyiblər.


2000-ci ildən bu qanun layihəsini bir neçə dəfə həyata keçirmək istəyirdilər, amma Corc Buş və Barak Obama öz prezidentlik müddəti zamanı bəyan edib ki, belə bir qanun qəbul olunmayacaq. Hazırkı Ağ Ev administrasiyasının baxışı  NOPEC qanununa birmənalı deyil. Belə ki, ABŞ-ın energetika naziri Rik Perri qanun layihəsinə qarşı açıq çıxış etmişdir. Bu zaman Donald Трамп onun şərhləri sükutla qarşılayıb.