ABŞ: Önəmli göstəricilər açıqlanacaq

03 May 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün güclü dalğalanmalara səbəb ola biləcək Amerikadan önəmli statistik məlumatlar açıqlanacaqdır.

ABŞ: Önəmli göstəricilər açıqlanacaq

EUR/USD məzənnəsi 1.11$-a kimi də ucuzlaşa bilər. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşaraq 1.12$-ın altında ticarət edilməkdədir. Təhlillər qiymətin 1.11$-a kimi də ucuzlaşa biləcəyini ehtimal etməyə əsas verir.


USD/TRY üzrə bahalaşma proqnozları. 

USD/TRY məzənnəsi 5.97TL-yə ticarət edilməkdədir və 5.98TL-ni də yuxarı istiqamətdə qıracağı təqdirdə, 6.08TL-yə kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.


Brent nefti 68$-a kimi də ucuzlaşa bilər. 

Avropanın Brent nefti ucuzlaşmaqda davam edir. Enerji birjalarında artıq 71$-ın altında ticarət edilən bir barel üzrə qiymət, 68$-a kimi də dəyər itirə bilər.


ABŞ-ın əmək bazarında önəmli göstəricilər açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.