ABŞ ordusunun video paylaşması və İran açıqlaması

14 İyun 2019

Beynəlxalq enerji birjalarında cümə axşamı neft tankerlərinə qarşı olan hücumlarla bağlı xəbərlər treyderlərin diqqət mərkəzində.

ABŞ ordusunun video paylaşması və İran açıqlaması

Oman körfəzində iki neft tankerinə qarşı olan hücum fonunda ABŞ ordusu tərəfindən İranın İnqilab keşikçilərinə qarşı video paylaşılıb. Amerikanın yaxın şərqdə qoşunlara rəhbərlik edən mərkəzi komandosu "Centcom" cümə axşamı video paylaşıb ki, burada bir gəmi "Kokuka Courageous" gəmisinə qarşı üzür. Məlumata görə, videoda İranın "Qaşti" tipli sürət gəmisində olan şəxslərin partlamayan minanı gəmidən ayırmaları ilə görüntüləniblər. 


"CENTCOM" açıqlamasında hücumun "Beynəlxalq ticarət və dəniz nəqliyyatına təhdid" olduğunu bildirib. "Orta Şərqdə yeni bir qarşıdurmanın arxasında deyilik. Mənfəətlərimizi qoruyacağıq. İran ilə vuruşmaq nə strateji mənfəətlərimizin, nə də beynəlxalq cəmiyyətin faydasınadır", deyə mərkəz əlavə edib. 


Bununla yanaşı, artıq ABŞ-ın "USS Bainbridge" gəmisi tankerlərdən birinin yaxınlığındadır və gəmiyə bir hücum qarşılıqsız qalmayacaqdır. "USS Mason" gəmisinin də bölgədə olduğu qeyd edilib.


ABŞ-ın Xarici işlər naziri Mike Pompeo dünən iki tankerin vurulduğu hücuma görə İranın məsuliyyət daşıdığını açıqlamışdı.


İran tərəfi isə açıqlamasında Amerikanın ittihamlarını qəbul etməyib. İranın Birləşmiş millətlər təşkilatındaki nümayəndəsi bildirib ki, ABŞ-ın İran xalqına qarşı iqtisadi müharibəsi və terorizmi və regiondaki hərbi iştirakı fars körfəzindəki qeyri-müəyyənliyin və qeyri-sabitliyin əsas səbəblərdir. 


İran tələbində ABŞ və müttəfiqlərinin müharibə təhriklərinin, regionda zərərli sui-qəsdlərin və yalnış bayraqlar altında əməliyyatların dayandırılmasını istəyib. Bununla da İran tərəfi hücumlarda məsuliyyətin Amerika daşıdığına işarə verib. 


Qeyd etmək lazımdır ki, Oman körfəzində İngiltərə ordusunun “Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları Qurumu”na aid xam neft daşıyan, Marşal adaları bayrağı ilə üzən “Front Altair” və Panama bayrağı ilə üzən “Kokuka Courageous” adlı tankerlerdə partlayış baş verib. Partlayışdan sonra hər iki tanker körfəz ətrafındakı ölkələrə təcili yardım çağırışı ediblər, tankerlərdən biri batmağa başlayıb. Hər iki gəminin heyəti təxliyə edilib.


Tayvanın CPC şirkəti də eyni bölgədə özlərinə aid bir tankerin naməlum cisim tərəfindən vurulduğunu açıqlayıb. Bununla yanaşı, Norveçin “Frontlayn” şirkətinə məxsus başqa bir tankerin də Fuceyra yaxınlığında torpedo hücumuna məruz qaldığı qeyd edilib.