ABŞ Ş. Koreya ilə 2020-ci ilə kimi razılaşmağa çalışır

08 Mart 2019

Beynəlxalq birjalarda ABŞ ilə Şimali Koreya hökümətləri arasında razılığın əldə olunmasına dair müsbət xəbərlər investorların da diqqət mərkəzindədir.

ABŞ Ş. Koreya ilə 2020-ci ilə kimi razılaşmağa çalışır

Şimali Koreya lideri Kim Yonq Un ilə görüşün uğursuz bitməsindən sonra ABŞ höküməti 2020-ci ilə kimi Donald Tramp hakimiyyətinin sonuna kimi razılığın əldə olunmasını mümkün hesab edir. Bu haqda məlumatı Amerika xarici işlər nazirliyinin nümayəndəsi cümə axşamı Vaşinqtonda məlumat verib. Nümayəndə əlavə edib ki, müddət budur və istədiyimiz nəticə əldə etməsək də irəliləyiş müşahidə edilir. 


Qeyd etmək lazımdır ki, dünyada siyasi siyasi risklərin artması, iqtisadi risklərin də artmasına təsir edir. Bu səbəbdən də maliyyə bazarlarında siyasi amillər də diqqət mərkəzində saxlanılmaqdadır.