ABŞ senatı Povelin FED-də gələcək vəzifəsini dəstəklədi

06 Dekabr 2017

ABŞ senatında keçirilən səs vermədə Jerom Povel bütün senatın dəstəyinə sahib olub.

ABŞ senatı Povelin FED-də gələcək vəzifəsini dəstəklədi

Çərşənbə axşamı ABŞ Senatının bank komitəsinin 23 üzvünün 22-i Jerom Povelin Amerika Mərkəzi Bankında (FED) yeni sədr vəzifəsini dəstəkləyib. Demokratlardan olan senat Elizabet Varren əleyhinə səs verib. Buna səbəb isə bank sektorunda böyük böhrandan sonra həyata keçirilən güclü nəzarət mexanizmlərin Povel tərəfindən yenidən yumşaldıla biləcəyi narahatlığıdır. 

Beləliklə, keçirilən səs vermənin nəticələri Povelin bütün senatın dəstəyinə sahib olduğunu göstərib. Hal-hazırda FED sədri Janet Yellenin səlahiyyət müddəti gələn ilin Fevral ayında bitir.