ABŞ Senatından 500 milyard $-lıq yardım paketi

22 Aprel 2020

Amerika Senatı iqtisadiyyata dəstək məqsədilə yekdilliklə yarım trilyon dollar dəyərində yardım paketinin ayrılmasını təsdiq edib.

ABŞ Senatından 500 milyard $-lıq yardım paketi

Senat Demokratların və Respublikaçıların razılaşmasından sonra çərşənbə axşamı kiçik və orta sahibkarlara dəstək olmaq üçün 500 milyard dollar dəyərində yardım paketini qəbul edib. Bundan sonra isə paketin parlamentin aşağı palatasında qəbul edilməsi gözlənilir. 

Sözügedən paketin böyük dəstək olduğunu müdafiə edən Tramp, açıqlamasında qanun qəbulunu Nümayəndələr palatasından tələb etdiyini və bunun tez bir zamanda baş tutacağına əmin olduğunu bildirib.