ABŞ: Sənayedə aktivlik son iki ilin minimumunda

01 May 2019

Amerikanın sənaye sektoruna dair açıqlanan önəmli fundamental göstəricilər proqnozlaşdırılandan da zəif açıqlanıb.

ABŞ: Sənayedə aktivlik son iki ilin minimumunda

Təchizat idarəetmə institutunun (ing.: "ISM") sənaye sektorunda işgüzar aktivliyi ölçən indeksi aprel ayında 52.0 punkta kimi 2.5 punkt azalaraq, son iki ilin minimum səviyyəsinə düşüb. İqtisadçılar isə yalnız 55.0 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Göstərici sahibkarlar arasında müxtəlif mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.