ABŞ sənayesində artım meylləri

16 May 2019

Bu gün böyük maraqla gözlənilən ABŞ-ın sənaye sektoru ilə bağlı fundamental göstəricilər treyderlərin diqqət mərkəzində olacaqdır.

ABŞ sənayesində artım meylləri

Amerika Mərkəzi Bankının (FED) Filadelfiya üzrə ofisinin bu günə açıqlayacağı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks, may ayında 8.5 punktdan 10 punkta qədər yüksələ bilər. Ehtimallar öz təsdiqini taparsa, dollar maliyyə bazarlarında artım tendensiyasını davam etdirə bilər.