ABŞ sənayesində geriləmə ehtimalları çoxalır

20 İyun 2019

Bu gün açıqlanacaq ABŞ-ın sənaye sektoru ilə bağlı fundamental göstəricilər treyderlərin diqqət mərkəzində olacaqdır.

ABŞ sənayesində geriləmə ehtimalları çoxalır

Bu gün böyük maraqla gözlənilən ABŞ-ın sənaye sektoru ilə bağlı fundamental göstəricilər treyderlərin diqqət mərkəzində olacaqdır. Xəbər Bakı vaxtı ilə 16.30-da açıqlanacaq.


Amerika Mərkəzi Bankının (FED) Filadelfiya üzrə ofisinin bu günə açıqlayacağı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks, iyun ayında 16.6 punktdan 10.6 punkta qədər azala bilər. 


Ehtimallar öz təsdiqini taparsa, dollar maliyyə bazarlarında bir qədər də zəifləyə bilər.