ABŞ sənayesində son bir ilin ən yüksək artımı

17 Sentyabr 2019

Amerikanı sənaye istehsalında artım avqust ayında son bir ilin maksimum səviyyəsinə çatıb.

ABŞ sənayesində son bir ilin ən yüksək artımı

Amerikanın statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı avqustda aylıq müqayisədə 0.6%, illik müqayisədə isə 0.4% artıb. 

Mütəxəssislər aylıq göstəricidə iyul ayında 0.1%-lik azalmadan sonra yalnız 0.2%-lik artım proqnozlaşdırırdılar. Aylıq göstəricidə sonuncu dəfə bundan yüksək rəqəm (1.0%) 2018-ci ilin iyun ayında dərc edilmişdir. 

İllik göstəricidə azalma müşahidə edilsə də aylıq dinamikada güclənmə davam edərsə, bu, özünü gələcək illik göstəricilərdə də göstərəcəkdir.