ABŞ sənayesindən müsbət göstəricilər

01 Aprel 2020

Sənaye sektorunda biznes aktivliyi proqnozlaşdırılandan az azalıb və bu, göstəricinin gələcək aylarda arta biləcəyinə işarədir.

ABŞ sənayesindən müsbət göstəricilər

Təchizat idarəetmə institutunun (ing.: "ISM") sənaye sektorunda işgüzar aktivliyi ölçən indeksi mart ayında 50.1 punktdan 49.1 punkta düşüb. Lakin mütəxəssislər 45 punkta kimi azalma proqnozlaşdırırdılar. 

Göstərici sahibkarlar arasında müxtəlif mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 

50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.