ABŞ sənayesindən təəccübləndirici göstəricilər

21 Fevral 2019

Bu gün böyük maraqla gözlənilən ABŞ-ın sənaye sektoru ilə bağlı fundamental göstəricilər proqnozlaşdırılandan da zəif açıqlanıb.

ABŞ sənayesindən təəccübləndirici göstəricilər

Amerika Mərkəzi Bankının (FED) Filadelfiya üzrə ofisinin cümə axşamı açıqladığı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks, fevral ayında 17.0 punktdan mənfi 4.1 punkta düşüb. Bu, son üç ilin minimum səviyyəsidir və analitiklər də yalnız müsbət 15.6 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Filadelfiya Nyu Yorkdan sonra Amerikanın böyük iqtisadi potenisalına sahib şəhərdi, xüsusilə sənaye sektoru. Amerika sənayesində aktivliyin azalması, FED-in faiz artımı üzrə gözləntilərinin də azalmasına və beləliklə, dolların foreks bazarlarında ucuzlaşmasına səbəb olur.