ABŞ ticarətində defisitin artması və dollar

15 Mart 2019

Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin son günlər ucuzlaşması səbəbləri investorların diqqət mərkəzindədir.

ABŞ ticarətində defisitin artması və dollar

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. 


Keçən həftə Amerikanın ticarət dövriyyəsində defisitin proqnozlaşdırılandan daha çox artması, dolların ucuzlaşmasına səbəb kimi qiymətləndirilir. ABŞ hökümətinin açıqladığı rəsmi məlumatlarda dekabr ayında idxalın 264.9 milyard dollara kimi artması, 205.1 milyard dollara kimi azalması nəticəsində ticarət balansında mənfi saldo 59.8 milyard dollara kimi artmışdır. Lakin iqtisadçılar 57.9 milyard dollara kimi artım ehtimal edirdilər. 


Yanvar ayı üzrə göstəricilərin isə mart ayının 27-də açıqlanması gözlənilir.


Bununla yanaşı, cari əməliyyatlar hesabında defisitdə də keçən ilin üçüncü rübündə güclü artım müşahidə edilib və mart ayının 21-də açıqlanacaq dördüncü rüb üzrə göstəricinin də 124 milyard dolların üzərində qalması proqnozlaşdırılır.