ABŞ Türkiyəni ÜTS proqramından çıxardı

17 May 2019

Amerika Türkiyəni bəzi məhsullarının gömrüksüz idxalına imkan verən Ümumi Tənzimləmələr Sistemi proqramından çıxartdı.

ABŞ Türkiyəni ÜTS proqramından çıxardı

17 may tarixindən etibarən ABŞ Türkiyəni, bəzi məhsulların ABŞ-a gömrüksüz girişinə imkan verən Ümumi Tənzimləmələr Sistemi (ÜTS) proqramından çıxardı. Ancaq Türkiyədən dəmir idxalına tətbiq etdiyi 50%-lik gömrük rüsumunu 25%-ə endirdi.


Ankara ABŞ-ın ÜTS proqramından çıxaracaq bir qərarın verilməsini gözləmirdi. Bu qərarın 75 milyard dollarlıq qarşılıqlı ticarət hədəfi ilə ziddiyyət təşkil etdiyini bəyan edirdi.


Ağ ev, Türkiyənin iqtisadi inkişaf səviyyəsinə bağlı olaraq ÜTS proqramına qatılmağa uyğunluğunu sonlandırmanın uyğun olduğunu və qərarın bu gündən qüvvəyə minəcəyini açıqladı.


ABŞ Ticarət Palatası (USTR) mart ayının əvvəlində Türkiyənin artıq ÜTS proqramında iştirakının uyğun olmadığını, çünki iqtisadi olaraq yetəri qədər inkişaf etdiyini açıqlamışdı.