ABŞ: Uzunmüddətli istifadə malları sifarişləri azalıb

24 May 2019

ABŞ-da uzunmüddətli istifadə mallarının sifarişləri aprel ayında gözləntilərin altında açıqlandı, avro və qızıl bahalaşdı.

ABŞ: Uzunmüddətli istifadə malları sifarişləri azalıb

ABŞ-da uzunmüddətli istifadə mallarının sifariş həcmləri aprel ayında 1.7%-dən mənfi 2.1%-ə qədər geriləyib. Halbuki, mart ayında 2,7%-lik artımla açıqlanan bu göstəricinin apreldə 2% azalacağı proqnozlaşdırılırdı.


Dünən açıqlanan PMI göstəriciləri son 4 il yarımın minimum səviyyələrinə qədər gerilədi. Analitiklərin düşüncələrinə görə ABŞ və Çin arasındaki ticarət savaşının müzakirə prosesindən sonra da davam etməsi və qarşılıqlı sanksiyalar ABŞ iqtisadiyyatına öz təsirlərini göstərməyə başlayır.


Belə ki, EUR/USD məzənnəsi son iki ilin minimum səviyyəsini yenilədikdən sonra sürətlə bahalaşmağa başlayıb.


Əlvan metallar bazarlarında isə qızılın qiymətiisə1278 unsiya/dollar hədlərindən 1287 unsiya/dollar-a kimi bahalaşmağa müəssər olub. 1291 hədləri qırılarsa, növbəti müqavimət həddi kimi 1301 unsiya/dollar çıxış edir.