ABŞ və Çin arasında gərginliyə yeni səbəblər

16 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası arasında yeni siyasi hadisələr investorların diqqət mərkəzindədir.

ABŞ və Çin arasında gərginliyə yeni səbəblər

ABŞ ilə Çin arasında siyasi gərginlik maliyyə bazarlarında yenidən gündəmdədir. Buna səbəb isə Pekinin ABŞ-dan dekabr ayında gömrük rüsumlarının ləğvini tələb etməsidir. Bu tələb yerinə yetiriləcəyi təqdirdə Çin cümə günü əldə edilən razılığa əsasən, ABŞ-dan alınan kənd təsərrüfatı məhsullarının həcmini 50 milyard dollara artıracaqdır.

Amerika parlamentinin aşağı palatasının da çərşənbə axşamı qəbul etdiyi dörd qanun da narahatlıqlara səbəb olur. Qanunlar arasında Honkonqda muxtariyyətə və azadlıqların məhdudlaşdırılmasında məhsulliyyət daşıyan dövlət məmurlarına qarşı sanksiyalar nəzərdə tutan "Hong Kong Human Rights and Democracy Act" da diqqət çəkir.

Çin tərəfi isə bundan sonra buna qarşılıq verəcəyini söz verib. "Sözügedən qanun qüvvəyə minərsə, bu, təkcə çinlilərin maraqlarına və iki ölkə arasında münasibətlərə zərbə deyil, eyni zamanda Amerikanın da maraqlarına mənfi təsir edəcəkdir", Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Qenq Şuenq açıqlamasında bildirib.

"ABŞ-ın səhv qərarına gəlincə, Çin tərəfi də suverenliyini və maraqlarını qorumaq üçün təsirli əks tədbirlər görməlidir", deyə əlavə olunub.