ABŞ və Çin arasında ilkin razılıq əldə edilib

14 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ və Çin arasında cümə günü ticarət sazişinin "I məshələsi" üçün razılıq əldə edilməsi diqqət mərkəzindədir.

ABŞ və Çin arasında ilkin razılıq əldə edilib

ABŞ və Çin arasında cümə günü ticarət sazişinin "I məshələsi" üzrə əldə edilən razılaşmaya əsasən, çərşənbə axşamı Vaşinqtonun planlaşdırdığı Çindən idxal olunan məhsullara qarşı gömrük rüsumu artırılmayacaqdır. Qarşılığında isə Pekin tərəfi Amerikadan 50 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu alacaqdır və mülkiyyət hüquqları, maliyyə xidmətləri və yuan ilə bağlı tədbirlər görəcəkdir.

"Mənim Çin ilə razılaşmam odur ki, onlar böyük həcmdə kənd təsərrüfatı məhsulları almağa dərhal başlayacaqlar və sazişin 3-4 həftəyə imzalanmasını gözləməyəcəklər", deyə Tramp açıqlama verib.

Bununla yanaşı, ABŞ prezidenti Honkonqdaki iğtişaşlarla bağlı da danışarkən bunun "özündən yox olacağını" deyib. "Honkonq haqqında danışmışıq və Çin böyük irəliləyişlər əldə edib. Baş nazir müavininə də demişəm ki, bir ay ilə müqayisədə gördüyüm çoxlu insanların sayı azalıb", deyə Tramp bildirib.

Qeyd etmək lazımdır ki, hər iki ölkə nümayəndələri sazişin şərtləri ilə bağlı razılıq əldə ediblər və bunun gələn ay imzalanmasını planlaşdırıblar.