ABŞ və Çin arasında sazişin imzalanması gözlənilir

13 Yanvar 2020

Dünya birjalarında bu həftə Amerika ilə Çin arasında dünyada risklərin azalmasına səbəb ola biləcək sazişin imzalanması böyük maraq dairəsindədir.

ABŞ və Çin arasında sazişin imzalanması gözlənilir

Bu həftə ABŞ ilə Çin arasında ticarət sazişinin birinci mərhələsinin imzalanması gözlənilir və bu hadisə iki ölkə arasında ticarət böhranının dayandırılmasına səbəb ola bilər. Böhran son 18 ay ərzində maliyyə bazarlarında böyük dalğalanmalara və qlobal inkişafın zəifləməsinə səbəb olmuşdu.

Belə ki, Çinin vitse baş naziri He Lui çərşənbə günü ABŞ və Çin arasında ticarət böhranının dayandırılması istiqamətində sazişin imzalanması üçün Vaşinqtonda səfərdə olacaqdır. Saziş fonunda Çin tərəfi ABŞ-dan idxalı artıracağı vədini verib. Bununla da Çin idxalına qarşı tətbiq edilən dekabr rüsumları tam, sentyabr rüsumları qismən ləğv edilə bilər. 

Lakin sazişin ikinci mərhələsi danışıqlarının başlayacağı tarix bəyan edilməyib və öhdəliklər yerinə yetirilməsə, böhran yenidən alovlana bilər.