ABŞ və Çin arasında ticarət dövriyyəsi iyulda da azalıb

08 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ticarətin iyul ayında yenidən azalması investorların diqqət mərkəzindədir.

ABŞ və Çin arasında ticarət dövriyyəsi iyulda da azalıb

ABŞ ilə Çin arasında ticarət iyul ayında yenidən azalıb. Belə ki, Çinin Amerikaya ixracı iyulda illik müqayisədə 6.5%, idxalı isə 19% azalıb. Bu haqda cümə axşamı Pekin höküməti açıqlama verib. Beləliklə, hər iki ölkənin ticarət dövriyyəsi 5 milyard dollardan çox azalıb. 

Sözügedən iki ölkə son bir ildir sərt ticarət mübahisəsinə daxil olublar ki, bu, təkcə özlərinə deyil, eyni zamanda qlobal iqtisadi inkişafa da mənfi təsir edir. Mübahisə isə Donald Trampın Çinin Amerikaya daha çox ixrac etməsinə qəzəblənməsi ilə başlayıb. 

Amerika prezindenti Donald Tramp sərt bazar nəzarətinin yumşaldılmasını tələb edir, mülkiyyət hüquqlarının pozulmasını, texnologiyaların ötürülməsini və dövlət subvensiyalarını tənqid edir. Bundan sonra ABŞ höküməti Çindən idxal olunan məhsulların yarısına 25%-lik gömrük rüsumu tətbiq etməyə başlayıb. 

Çin də gömrük rüsumlarının tətbiqi ilə qarşılıq verib. Ticarət böhranının yeni mərhələsində isə Tramp keçən həftə sentyabrdan sonra əlavə 300 milyard dollar dəyərindən Çindən idxal olunan məhsullara 10%-lik gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. Çin isə Amerikadan söz verdiyi kənd təsərrüfatı məhsullarının alışını dayandırıb. 

Lakin ticarət münasibətlərin pozulmasına baxmayaraq, Çinin xarici ticarətindən dinamika ümumilikdə iyul ayında müsbət istiqamətdə inkişaf edib. Ölkənin ümumi ixrac həcmi 3.3% artıb. Mütəxəssislər isə 2.0%-lik azalma proqnozlaşdırırdılar. İdxal həcmi isə ümumilikdə 8.3% azalmanın ehtimal edilməsinə baxmayaraq, 5.6% azalıb.