ABŞ və Çin arasında yaxınlaşma

14 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Çin arasında növbəti müsbət addımlara işarə olan açıqlamalar investorların diqqət mərkəzindədir.

ABŞ və Çin arasında yaxınlaşma

Foreks bazarlarında dollar bahalaşır. 

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir gün ərzində 0.6% bahalaşıb. Bahalaşmaya səbəb ABŞ-ın Çin məhsullarına qarşı yeni gömrük rüsumları planında dəyişikliklərin edilməsidir. 

Dəyişikliyə əsasən, səhiyyəyə aid və milli təhlükəsizlik üçün önəmli olan məhsullara qarşı 10%-lik rüsum ləğv edilir, digər məhsullara qarşı rüsumların tətbiqi isə sentyabrın 1-dən dekabrın 15-nə ərtələnib. 

Bununla yanaşı, iki ölkə arasında baş tutan telefon danışığını Amerika prezidenti “çox məhsuldar” adlandırıb. 


Qızılda korreksiya. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir. Qızılın bir unsiya üzrə qiyməti cari həftə ərzində 1535$-a kimi bahalaşdıqdan sonra 1480$-a kimi ucuzlaşıb və 1460$-a kimi də ucuzlaşa bilər.