14.08.2019 ABŞ və Çin arasında yaxınlaşma

14.08.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

14.08.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks bazarlarında dollar bahalaşır. 

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir gün ərzində 0.6% bahalaşıb. Bahalaşmaya səbəb ABŞ-ın Çin məhsullarına qarşı yeni gömrük rüsumları planında dəyişikliklərin edilməsidir. 

Dəyişikliyə əsasən, səhiyyəyə aid və milli təhlükəsizlik üçün önəmli olan məhsullara qarşı 10%-lik rüsum ləğv edilir, digər məhsullara qarşı rüsumların tətbiqi isə sentyabrın 1-dən dekabrın 15-nə ərtələnib. 

Bununla yanaşı, iki ölkə arasında baş tutan telefon danışığını Amerika prezidenti “çox məhsuldar” adlandırıb. 


Qızılda korreksiya. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir. Qızılın bir unsiya üzrə qiyməti cari həftə ərzində 1535$-a kimi bahalaşdıqdan sonra 1480$-a kimi ucuzlaşıb və 1460$-a kimi də ucuzlaşa bilər.