ABŞ və Çin münasibətləri fonunda müsbət açıqlamalar

04 Mart 2019

Amerika ilə Çin arasında ticarət münasibətlərin qaydaya qoyulması istiqamətində yayımlanan müsbət xəbərlər investorların diqqət mərkəzindədir.

ABŞ və Çin münasibətləri fonunda müsbət açıqlamalar

Çin və ABŞ ticarət böhranının həlli istiqamətində daha da yaxınlaşıblar. ABŞ tərəfinin danışıqlara dair müsbət açıqlamalarından sonra bazar ertəsi Çin tərəfi də "önəmli irəliləyişdən" danışıb. Bununla yanaşı, ABŞ-ı qarşıdurma yaratmamasında xəbərdarlıq və Çinin öz suverenliyini və maraqlarını hər zaman qoruyacaqlarını əlavə edib. 


Bundan sonra mart ayının sonlarında iki ölkə prezidentlərinin görüşü və önəmli sazişlərin imzalanması planlaşdırılır. Bu hadisə iki ölkə arasında iqtisadi inqilab kimi qiymətləndirilir.