ABŞ və Çin növbəti danışıqlara başlayır

11 Fevral 2019

Dünya maliyyə bazarlarında dünyada son zamanlar böyük narahatlıqlara səbəb olan ticarət böhranının həlli yolunda hadisələr treyderlərin diqqət mərkəzində .

ABŞ və Çin növbəti danışıqlara başlayır

ABŞ ilə Çin arasında hökm sürən ticarət böhranı fonunda tərəflər arasında növbəti danışıqlar başlayıb. Hər iki ölkə nümayəndələri yüksək rütbəli tərəflərin cümə axşamı və cümə günü baş tutacaq görüşlərini razılaşdırmaq üçün bazar ertəsi Pekində bir araya gəliblər. 


Qeyd etmək lazımdır ki mart ayının 1-ə kimi razılığın əldə olunması planlaşdırılır. Bu müddət ərzində saziş imzalanmasa, Amerika tərəfi Çindən 200 milyard dollar dəyərində idxal olunan məhsullara gömrük rüsumlarını 10%-dən 25%-ə kimi artıracaqdır. Hər iki tərəf dekabr ayının əvvəli Argentinada 90 günlük "sülhə müddəti" razılaşdırmışdı. 


ABŞ prezidenti Donald Tramp da sonuncu açıqlamasında iki ölkə arasında "dünyada görülməmiş sazişi" imzalamaq niyyətində olduğunu bildirmişdi.