ABŞ və Çin Pekində növbəti danışıqlara başlayıb

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin nümayəndələri arasında növbəti görüşün başlaması, dünya iqtisadiyyatı fonunda ümidləri artırır.

ABŞ və Çin Pekində növbəti danışıqlara başlayıb

ABŞ və Çin ticarət böhranı fonunda yeni danışıqlara başlayıblar. Çinin baş nazirinin müavini Liu He cümə axşamı Pekində ABŞ ticarət nümayəndəsi Robert Laythayzeri və maliyyə naziri Stiv Mnuçini qəbul edib. İki gün ərzində iki dövlət arasında fikir ayrılıqları müzakirə ediləcəkdir. Mart ayının 1-də dekabr ayında razılaşdırılan 90 günlük "sülh dövrü" sona çatacaqdır. 


ABŞ sözügedən dövr ərzində yeni ticarət sazişi imzalanmadığı təqdirdə yeni gümrük rüsumları ilə təhdid edir. Prezident Donald Tramp sonuncu dəfə danışıqlar iki ölkəni sazişə yaxınlaşdırarsa, "sülh dövrü"-nün müddətinin artırıla biləcəyini bildirmişdi. 


Qeyd etmək lazımdır ki, iki ölkə arasında ticarət böhranı dünya iqtisadiyyatının zəifləməsinə səbəb olub. Bu istiqamətdə hər hansı irəliləyiş maliyyə bazarlarında gələcək gözləntilərə dair ümidləri artırır.