ABŞ və Çin ticarət böhranını həll etməyə çalışırlar

29 Mart 2019

Dünya iqtisadiyyatına müsbət təsir edə biləcək xəbər bu dəfə ABŞ ilə Çin arasında danışıqların davam etdirildiyi ilə bağlı olub.

ABŞ və Çin ticarət böhranını həll etməyə çalışırlar

ABŞ ilə Çin arasında davam edən ticarət münasibətləri müzakirəsi fonunda danışıqlar cümə günü də davam edib. Çinin vitse prezidenti Liu He Pekində ABŞ-ın ticarət müşaviri Robert Laythayzeri və maliyyə naziri Stiv Mnuçini cari danışıqlar mərhələsi nəzdində ikinci dəfə qəbul edib. Danışıqların axşam saatlarına kimi davam etdirilməsi planlaşdırılır.