ABŞ və Çindən müsbət göstəricilər və Neftin bahalaşması

02 Aprel 2019

ABŞ və Çindən açıqlanan biznes aktivliyi göstəricilərinin proqnozlaşdırılandan yüksək açıqlanması neft qiymətlərinə də müsbət təsir edib.

ABŞ və Çindən müsbət göstəricilər və Neftin bahalaşması

Beynəlxalq enerji birjalarında neft qiymətləri ABŞ və Çin iqtisadiyyatları ilə bağlı müsbət açıqlanan fundamental məlumatlar fonunda bahalaşıb. 


Amerika və Çinin sənaye sektorlarında işgüzar aktivliyi ölçən indeksin proqnozlaşdırılandan yaxşı açıqlanması, dünya iqtisadiyyatında canlanmanın və neftə olan tələbin arta biləcəyinə işarədir. 


Bununla yanaşı, elektrik kəsilməsi böhranı müşahidə edilən Venesuelada ABŞ tərəfindən tətbiq edilən sansiyalar da neft ixracının azalmasına səbəb olur. 


Avropanın Brent markalı neftinin bir barel üzrə qiyməti bazar ertəsi Amerika sessiyasında və bu gün Asiya sessiyasında 69.48$-a kimi dəyər qazanıb. 


Çərşənbə günü isə ABŞ-dan açıqlanacaq neft ehtiyatları ilə bağlı önəmli statistik məlumatlar da treyderlərin diqqət mərkəzindədir.