ABŞ və Kanada arasında NAFTA danışıqları

05 Sentyabr 2018

ABŞ və Kanada arasında yeni ticarət şərtləri fonunda danışıqlarda qeyri-müəyyənlik bazar iştirakçılarını narahat etməklə dolları da təzyiq altında saxlayır.

ABŞ və Kanada arasında NAFTA danışıqları

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində keçən həftə müşahidə edilən sürətli bahalaşma, cümə günü dinamikasının zəifləməsi ilə yadda qalmışdı. Buna səbəb Amerika ilə Kanada arasında “NAFTA” ticarət sazışı fonunda razılığın əldə edilməməsi xəbərləri idi.


Bu gün isə Kanada ilə ABŞ rəsmilərinin yenidən bir araya gəlib müzakirələr aparacaqları və növbəti açıqlamalar verəcəkləri gözlənilir. Bu hadisə öncəsi isə foreks bazarlarında dollar Amerika sessiyasında 0.5% ucuzlaşıb.


Burada hər hansı müsbət açıqlama dolların yenidən bahalaşmasına səbəb ola bilər. Nəticədə avro 1.14$-a kimi də ucuzlaşa bilər.


Dolların qiyməti və BRENT neftinə təsiri. 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir aydır 80$-a kimi bahalaşdıqdan sonra yenidən 78$-a kimi geri çəkilib. Burada da gələcək qiymətlər dolların tendensiyasından asılı ola bilər.