ABŞ və Rusiya Venesuelada həmfikir deyillər

06 May 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Rusiya arasında mübahisəli məsələlərin artması, siyasi risklərin də artmasına işarədir.

ABŞ və Rusiya Venesuelada həmfikir deyillər

Venesueladaki siyasi vəziyyət Rusiya ilə ABŞ arasında gərginliyi daha da artırıb. Hər iki ölkənin Venesuelada fərqli məqsədləri var. 


Amerikanın xarici işlər naziri Mayk Pompeo və rusiyalı hımkarı Sergey Lavrov bazar ertəsi və çərşənbə axşamı Finlandiyada görüşəcəklər. 


Pompeonun sonuncu dəfə bazar günü verdiyi açıqlamasına əsasən, ABŞ başqa ölkələrin Venesuelanı tərk etməsini və xalqa demokratiyanın qurulmasında icazə verilməsini istəyir. Bununla Rusiya razı deyil və güc qüvvələrinin ölkəni tərk etməyəcəyi fikirində də qalır.