ABŞ və Şimali Koreya: III zirvə toplantısı müzakirələri

26 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında qlobal siyasi risklərin azalmasına təsir edə biləcək xəbər Şərqi Asiyadan gəlməsi investorların diqqət mərkəzində.

ABŞ və Şimali Koreya: III zirvə toplantısı müzakirələri

Cənubi Koreya prezidenti Mun Çje İnin fikirlərinə görə, ABŞ və Şimali Koreya pərdələr arxasında üçüncü zirvə toplantısı ilə əlaqədar müzakirələr aparırlar. Tramp ilə Kim Çen In arasında baş tutan ikinci zirvə toplantısından sonra rəsmi dialoq olmasa da iki tərəf arasında ümidlər itməyib, deyə Mun çərşənbə günü açıqladığı müsahibəsində əlavə edib. 


Fevral ayında Vyetnamda baş tutan görüş uğursuz nəticələnsə də Şimali Koreyanın nüvə silahi proqramı danışıqları üçün əsaslar var və Mun da bundan əmindir. "Kimin nüvə silahlarından təmizlənmə istəyinə inanıram", deyə vurğulayan Cənubi Koreya prezidenti, bazar günü də Tramp ilə Seul Şimali Koreya ilə bağlı müzakirələr aparmağı planlaşdırır.